Unutulmaz
Sənin eşqin mənə candır bilirsən can unutulmaz
Yaradan böylə yaradmış mənə canan unutulmaz
Qəlbimin sultanı sənsən başqalar xidmətə gəlmiş
Hamısın sildim ürəkdən ama sultan unutulmaz
Gözlərimdə ürəyimdə təkcə sənsən çünkü heç vaxt
O kaman qaş ox baxışlı dəli ceyran unutulmaz
O gözəl xatirələrdi o şirin sözlərimizdi
Keçsə min ildə onun üstünə hicran unutulmaz
O həqiqi o yalansız ürəyimdə qaynayan eşq
Səni bilməm amma məndə hətta bir an unutulmaz
Unutamam səni cana ınan olmaz necə ki yar
Ürəyimdə Ana yurdum Azərbaycan unutulmaz
Şair : Vəhid Şükürzadə
اونوتولماز
سنين عشقين منه جاندير بيليرسن جان اونوتولماز
يارادان بويله يارادميش منه جانان اونوتولماز
قلبيمين سولطاني سنسن باشقالار خيدمته گلميش
هاميسين سيلديم اوركدن آما سولطان اونوتولماز
گؤزلريمده اورييمده تكجه سنسن چونكو هئچ واخت
او كامان قاش اوخ باخيشلي دلي جيران اونوتولماز
او گوزل خاطيره لردي او شيرين سؤزلريميزدي
كئچسه مين ايلده اونون اوستونه هيجران اونوتولماز
او حقيقي او يالانسيز اورييمده قاينايان عشق
سني بيلمم آما منده حتي بير آن اونوتولماز
اونوتامام سني جانا اينان اولماز نئجه كي يار
اورييمده آنا يوردوم آذربايجان اونوتولماز
شاعير : وحيد شكرزاده