| 
اگه تمايل داريد كه نوشتن تركي رو ياد بگيريد بايد اينو بخونيد ƏLİFBA  Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.  Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını 
bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin 
birləşməsindən ibarət olan alfabet şəklində işlənir.  İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada
 ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın 
əlifbalarıdır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. 
Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə 
nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər 
danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 
32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. 
Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı 
şəkildədir:   Latin Adı Nümunə Latin Adı Nümunə Aa a Alçaq Qq qe Qulaq 
Bb be Bütöv Ll el Laxlamaq Cc ce Coşqun Mm em Mağara Çç çe Çiçək Nn en 
Narın Dd de Dayaq Oo o Oba Ee e Elçi Öö ö Ölçü Əə ə Əmək Pp pe Paltar Ff
 fe Fışıltı Rr er Rəng Gg ge Güzgü Ss se Səs Ğğ* ğe Dağ Şş şe Şanlı Hh 
he Haray Tt te Tanıtmaq Xx xe Xəzər Uu u Uzun Iı* i Yağı ÜÜ ü Ünlü İi i 
İncə Vv ve Varlıq Jj je Jalə Yy ye Yaylaq Kk ke, ka Kəskin Zz ze 
Zingilti *QEYD: Dilimizdə iki hərflə: Iı və Ğğ hərfləri ilə söz 
başlanmır. FONETİKA Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada 
danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın 
mövzularına daxildir. Danışarkən tələffüz etdiyimiz səslər danışıq 
səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. 
Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal 
iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar 
hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri 
hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində 
verilir. Məsələn: [a] Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə
 bölünür: 1.  Səslilər(Ünlülər-Saitlər),   2.  
Səssizlər(Ünsüzlər-samitlər). Səslilər ağız boşluğunda sərbəst və 
maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla 
səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. 
. matlabin idamasinda Səssizlərin tələffüzündə isə ağız boşluğunda 
müxtəlif maneələr olur. DAVAMINA BAXIN
 
 |